“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi üzrə müsabiqə davam edir

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi üzrə müsabiqə davam edir Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində  təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilib.
Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən, 550 nəfər namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə 1 saat ərzində 30 sual təqdim olunmaqla namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək.
30 aprel 2016-cı il tarixində keçirilməsi nəzərdə tutulmuş müsabiqənin yeri və saatı haqqında məlumat hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.
Qeyd edək ki, sonuncu–müsahibə mərhələsindən uğurla keçən şəxslər müəyyən edilmiş aylıq əməkhaqqını almaqla, Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda 1 il ərzində təcrübə keçmək, eləcə də təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.

tehsil-press.az

Oxşar xəbərlər