Bakının 3 milyonluq şirkətini 20 minlik MMC aldı - Ləğv olunur

Bakının 3 milyonluq şirkətini 20 minlik MMC aldı - Ləğv olunur İnternet provayderi "Ultel" MMC ləğv olunur.

Hazırda bununla bağlı təhvil-təslim işləri həyata keçirilir.

Belə ki, sözügedən şirkətin səhmləri "Citynet" MMC tərəfindən satın alınıb.

Son günlər "Ultel" MMC onlarla birgə işləyən ofislərə xəbərdarlıq etmədən müqavilələrə xitam verib. Məlum olub ki, internet şirkəti ləğv olunma prosesindədir.

Qeyd edək ki, "Ultel" şirkəti 2001-ci ilin noyabr ayında dövlət qeydiyyatından keçib. MMC-nin qanuni təmsilçisi İlqar Nəhmədov Şamil oğludur. Nizamnamə kapitalı 2.035530 dollar olan şirkətin hüquqi ünvanı Bakının Nəsimi rayonu, Xətai prospekti, ev 34-dür.

Məlumat üçün bildirək ki, "Citynet" MMC 2011-ci ilin may ayında dövlət qeydiyyatından keçib. Şirkətin qanuni təmsilçisi Rasim Kərimov Ağazər oğludur. Nizamnamə kapitalı 20 min manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəyha Hüseynov küçəsində yerləşir.

Tehsil-press.az

Oxşar xəbərlər