“Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə cərimə protokolu yazılıb.
MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Şirkətin rəhbəri Abıyev Zaur Niyaz oğludur. İnternet vasitəsi ilə qısa araşdırma apardıqda bəlli olur ki, Azərbaycanın cənub zonasında yerləşən rayonların icra hakimiyyətlərinin keçirdiyi iriməbləğli tenderlərin qalibi bir qayda olaraq elə “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub.
Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 22.11.2019-cu il tarixində Astara Rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq tender qazanıb. Tenderin şərtinə görə, Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirib.
Xatırlatma: Şirkətin nizamnamə kapitalı 1.60 manatdır.
Tehsil-press.az