Son vaxtlar futbol ictimaiyyətinin əsas müzakirə mövzularından biri də "Mingəçevir"dir. Rəhbər dəyişikliyinin ardından Füzuli Məmmədovun baş məşqçi postuna gətirilməsi Birinci Liqa təmsilçisində yenidənqurma prosesinin davam etməsi anlamındadır.
Klubun sözçüsü Elnur Qasımovla əlaqə saxlayıb son vəziyyətin nə yerdə olduğunu soruşduq. Onun açıqlamasını təqdim edirik:
"Ötən həftə Futbolun İnkişaf Fondu tərəfindən yeni rəhbərlik kluba təqdim olundu. Görüş zamanı ilkin planlar müzakirə edildi və infrastruktura baxış keçirildi. Həmçinin səfər zamanı yeni baş məşqçi də kluba təqdim olundu. Bildiyiniz kimi, bu Füzuli Məmmədovdur. Məqşçilər korpusu yaxın zamanda klub tərəfindən rəsmən açıqlanacaq. Məlumat üçün bildirim ki, Futbolun İnkişaf Fondu yeni rəhbərliklə artıq 5-6 aydır ki, danışıqlar aparır. Yaxın günlərdə imzalama mərasimi baş tutacaq".
Tehsil-press.az