Ərdoğan Putinlə görüşün anonsunu verdi - Kreml “planda yoxdur” dedi

Ərdoğan Putinlə görüşün anonsunu verdi - Kreml “planda yoxdur” dedi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Moskvaya səfər etməyi planlaşdırdığını bəyan edib.
Ərdoğan həmkarı Vladimir Putinlə görüşdə Suriyadakı situasiyanı müzakirə etmək istədiyini bildirib:
“Bu gün-sabah həmkarlarım Moskvaya səfər edəcəklər və Suriyada baş verənləri müzakirə edəcəklər. Bundan dərhal sonra mənim orada Putinlə üz-üzə görüşüm olacaq".
Bu açıqlamadan dərhal sonra Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putinin türkiyəli həmkarı Ərdoğanla yaxın günlərdə görüş planının olmadığını bəyan edib: “Xeyr, hələ ki qrafikdə belə bir razılaşma yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər