Yeni seçiləcək Rusiya prezidentinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.
Bu barədə "RİA Novosti" Rusiya Federasiyasının Dövlət Dumasındakı mənbəsinə istinadla məlumat yayıb.
"Prezidentin andiçmə mərasimi mayın 7-də baş tutacaq, mayın 8-də isə Duma hökumət başçısının təyinatını müzakirə edəcək", - agentliyin həmsöhbəti bildirib.
Məlumata görə, “Rusiya Federasiyasının prezident seçkiləri haqqında” qanuna əsasən, andiçmə mərasimi əvvəlki prezidentin vəzifəsinə başlamasından altı il sonra keçirilir. Vladimir Putin 2018-ci il mayın 7-də Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlayıb.
Rusiya Federasiya Şurası prezident seçkilərini martın 17-nə təyin edib. Səsvermə üç gün, martın 15, 16 və 17-də davam edəcək. Fevralın 25-də Rusiyada ucqar və əlçatmaz yerlərdə, eləcə də həmin gün üzəcək gəmilərdə erkən səsvermə başlayıb.
Rusiya Federasiyasının prezidenti postu uğrunda Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Tehsil-press.az