
Artıq şikayət Ali Məhkəməye daxil olub.
Eks MTN-çi aşağı instansiya məhkəməsinin çıxardığı qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.
Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinin kassasiya şikayəti verib. Eks MTN-çi əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edib. Lakin şikayət təmin edilməyib.
Tehsil-press.az