Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyan məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Tehsil-press.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Xədicə İsmayılın şikayəti təmin olunmayıb.
Xatırladaq ki, X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. X.İsmayıl həmin qərardan apelyasiya şikayəti verib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. May ayının 25-də Ali Məhkəmə 3 il 6 ay şərti həbs cəzası verilməklə X.İsmayılın azadlığa buraxılması haqqında qərar qəbul edib və o, azadlığa buraxılıb.
Tehsil-press.az