
Fakültənin dekan müavini Şahin Yusifli, Filologiya fakültəsinin müəllimi Qismət Cəfərov, “BDU könüllüləri” təşkilatının fakültə üzrə sədri Teymur Əsədov çıxışlarında müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dil quruculuğundan bəhs ediblər.
Tədbirdə Azərbaycan dilinin inkişafı ilə bağlı ədəbi nümunələr diqqətə çatdırılmaqla yanaşı, ərəb, fars, türk, urdu, Çin və digər dillərdə çıxışlar edilb, bu dillərin tarixi, inkişafı və əhəmiyyəti vurğulanıb.
Tehsil-press.az