Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində “Misir tələbələrin gözü ilə” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə fakültənin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə seminarın keçirilməsinin əsas məqsədləri, Azərbaycan-Misir ədəbi-mədəni əlaqələri və ərəb dili barədə danışıb.
Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədovun və filologiya üzrə fəlsəfə doktoru Könül Eyvazovanın ərəb dili və ərəb dilinin tarixi inkişafı, bu dilin tədrisi və tədqiqi haqqında məruzələri dinlənilib.
Sonra şərqşünaslıq fakültəsinin regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasının ikinci və dördüncü kurs tələbələri Misir Ərəb Respublikasının fiziki və iqtisadi coğrafiyası, tarixi, mədəniyyət və ədəbiyyatı barədə ərəb dilində təqdimatlar ediblər.
Seminar ərəb filologiyası kafedrasının müəllimləri və misirli tələbələrin çıxışları, ərəbşünaslığa dair yeni kitab və monoqrafiyaların təqdimatı ilə başa çatıb.

BDU-nun Mətbuat Xidməti