Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “İdiomatik ifadələrin müasir fars dilinin leksikoloji sistemində mövqeyi” mövzusunda onlayn elmi seminar keçirilib. BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli müvafiq mövzuda məruzə ilə çıxış edib. Məruzədə fars dilində məişət üslubunda, eyni zamanda, klassik ədəbiyyatda istifadə olunan idiomlar barədə danışılıb, fars dilində olan nümunələr və klassik beytlərdən misallar gətirilməklə mövzu ilə bağlı geniş məlumat verilib.
Seminarda BDU-nun professor-müəllim heyəti, doktorantlar və tələbə-magistrantlarla yanaşı, İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oktay Cəlilbəyli, dosent Əsmətxanım Məmmədova, Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova da iştirak ediblər.
Elmi seminara qoşulan universitetin rektoru Elçin Babayev məruzə ilə bağlı fikrini bildirərək, karantin dövründə keçirilən belə tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu deyib. Rektor əlavə edib ki, müasir dövrdə ölkəmizdə elmin ən müxtəlif sahələri çağdaş metodologiya əsasında sistemli şəkildə tərəqqi edib, digər elm sahələri ilə yanaşı, ictimai və humanitar elmlər də sürətlə inkişaf edərək milli və ümumbəşər elminə dəyərli töhfələr verib.
Seminarda, həmçinin xarici (ərəb, fars, urdu və sair) dillərin tədrisi və mənimsənilməsində müasir texnologiyanın tətbiqi, yeni metodlardan istifadəyə dair fikir mübadiləsi aparılıb. İştirakçılar maraqlı məruzənin dinlənilməsinə və faydalı fikir mübadiləsinin aparılmasına görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Tehsil-press.az