Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Ana dilimiz milli varlığımızdır” adlı tədbir keçirilib.
Tədbirdə BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan danışıb, ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin dil siyasətinin əhəmiyyətini vurğulayıb.
BDU-nun Türkologiya kafedrasının magistrantı Məleykə Mirzəli türk dilləri ilə bağlı məruzə edib.
Sonra BDU-nun Azərbaycan dilçiliyi kafedrası tərəfindən fakültə tələbələri arasından keçirilən “Ana dilimiz milli varlığımızdır” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən, 1-ci kurs tələbəsi, Prezident təqaüdçüsü Nuridə İsmayılova I, 4-cü kurs tələbəsi Narıngül Məlikova II, 3-cü kurs tələbəsi Fidan Hüseynzadə isə III yerə layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Sonda müsabiqə qaliblərinin esseləri dinlənilib.
Tehsil-press.az