Xaçmazda yeni xəstəxana tikiləcək - ÖZƏL

Xaçmazda yeni xəstəxana tikiləcək - ÖZƏL "Xaçmazda yeni xəstəxananın tikilməsinə ehtiyac var. Turizm rayonu olan Xaçmaz yeganə rayondur ki, burada müasir standartlara cavab verən bina yoxdur".

Bunu "Şimal xəbərləri"qəzetinin redaktoru Müqəddəs Mehdiyev bildirib.

O bildirib ki, bu barədə əlaqədar qurumların rəhbərlərinə də məlumat verib:

"Mən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB -in icraçı direktoru Vüqar Qurbanovla görüşdə Xaçmaz rayonunda yeni xəstəxana binasının tikintisinin çox vacib olduğunu diqqətə çatdırmışam. TƏBİB rəhbəri rayonda yeni xəstəxananın inşa olunacağını bildirib. Artıq yeni binanın layihə- smeta sənədləri hazırlanır".

Müqəddəs Mehdiyev qeyd edib ki, Xaçmaz rayon mərkəzi xəstəxanasında kompüter-tomoqrafiya aparatının (KT) olmaması məsələsini də qurum rəhbərlərinin qəbulunda səsləndirib:

"Bildirdim ki, bu səbəbdən Xaçmaz camaatı KT müayinəsi üçün qonşu rayonlara üz tuturlar. Bu da vaxt və əlavə xərc deməkdir. Rayon sakinləri bu xidmətin Xaçmaz xəstəxanasında da fəaliyyət göstərməsini arzulayırlar. Görüşdə səhiyyə rəhbərləri bu məsələyə də baxılacağını və müsbət həll olunacağını bildiriblər."

Müqəddəs Mehdiyev Xaçmazın Xudat şəhər xəstəxanası ilə bağlı daha vacib bir məsələni də səhiyyə rəsmilərinin diqqətinə çatdırıb:

"4 ildən çoxdur Xudat şəhər xəstəxanası bağlıdır, yalnız ailə-sağlamlıq mərkəzi kimi fəaliyyət göstərir. Nabran-Yalama zonasında, Xudat şəhərində və ətraf kəndlərdə yaşayan 70 minə yaxın insan bu xəstəxananın bağlanmasından əziyyət çəkir. Əvvəllər burada doğum, terapiya və diğər şöbələr fəaliyyət göstərirdi. bu şöbələr yoxdur. Üstəlik bir ildən çoxdur ki, Xudatdakı təcili-tibbi yardım binasının tikintisi yarımçıq qalıb. Qəzaya düşən, xəsarət alan olanda onları təcili xəstəxanaya çatdırmaq lazım gəlir. Amma təəssüf ki, onları Xaçmaz xəstəxanasına aparmağa məcbur olurlar və bu da xeyli vaxt apardığı üçün bəzən xəsarət alanlar yolda həyatını itirir.
Qəbulda mənə bildirildi ki ,bu məsələyə də xüsusi diqqət yetiriləcək və ailə-sağlamlıq mərkəzinin nəzdində təcili yardım şöbəsi də fəaliyyət göstərəcək".

Tehsil-press.az

Oxşar xəbərlər