8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ

8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ Qadın - vəsfi cild-cild kitablara sığmayan şeiriyyət, heyrət, ülviyyət, şəfqət, məhəbbət, məlahət, mərhəmət, həlimət, fəzilət, qüdrət, ismət, vəfadar, dilbər, yar, ömürdaş, yoldaş, sirdaş, sona, ana, qayınana, nənə, bacı, baş tacı, qız, gəlin, bibi, xala, dan yeri, şəfəq, gözəllik, zəriflik, incəlik, sevgi... işıqdır.

Suzi ruhumuzun, könül dünyamızın üfüqlərini öz şəfəqləri ilə nura boyayan xilqət işığında gününüzü qutlayır və qadın gözəlliyi, özəlliyi ilə süslənmiş söz çələngimi bayram ovqatında Sizə unvanlayıram.

Qadın - sona, qadın - Ana,
Zərifliyi gücdür ona.
Gözəlliklə, özəlliklə
Sevgi biçilib boyuna.

O, şəfəqdir, o, şəfqətdir,
Məramı nur, mərhəmətdir.
Ruhumuza, könlümüzə
İşıq saçan məhəbbətdir.

Yarımız, baş tacımızdır,
Qız, gəlnimiz, bacımızdır,
Hər vaxt bizə həyan olan
Nənə, xala, bibimizdir.

Ana sözü - əzəllə tən, -
Adı dilim, adı Vətən.
Ülviyyəti, xilqətiylə
Dünyamıza dünya qatan...

Tapdıq ƏLİBƏYLİ


Tehsil-press.az

Oxşar xəbərlər