Pedaqoji Universitet qadın əməkdaşlarını təbrik edib

Pedaqoji Universitet qadın əməkdaşlarını təbrik edib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ali təhsil müəssisəsinin qadın əməkdaşları ilə görüş keçirilib.
Görüşdə çıxış edən ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev cəmiyyətdə qadınların mühüm rolundan danışıb, əlamətdar gün münasibətilə xoş arzularını ifadə edib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, bu gün qadınlar cəmiyyətin bütün sahələrində, xüsusilə təhsil sahəsində səmərəli fəaliyyət göstərir, ölkəmizin inkişafına layiqli töhfələr verirlər.
Professor C.Cəfərov 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfərin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Vətən müharibəsi şəhidi Arəstə Baxışova ADPU-nun nəzdində Pedaqoji Kollecin məzunudur.
Sonra universitet Həmkarlar İttifaqı Komitəsi tərəfindən qadın əməkdaşlara hədiyyələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər