Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirilib.
Əcnəbi dillər kafedrası və Elektron kitabxana şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rektor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə Beynəlxalq Qadınlar Gününün tarixi haqqında yığcam məlumat verilib. Qeyd edilib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu ölkəmizdə həmişə uca tutulub, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Bayram tədbiri tələbələrin ifasında konsert proqramı ilə davam edib. Memarlıq fakültəsinin tələbələri “Tərəkəmə” milli rəqsini və “Vals” nümayiş etdiriblər. İnşaat fakültəsinin tələbəsi Elturan tarda, Nəcəf gitarada bir-birindən gözəl, rəngarəng musiqi parçaları təqdim ediblər. Tələbələrdən Fərəməz, Tacir, Vüsal və Səbinənin səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb. Səbuhi, Nigar və Abbasın ifasında səslənən “Sarı gəlin”, “Əziz anam” və s. mahnılar özünəməxsusluğu ilə seçilib.
Tədbirin sonunda təşkilatçılar - Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova və Elektron kitabxana şöbəsinin müdiri Aytən Rəhmanova bayram münasibətilə təbriklərini səsləndiriblər..
Tehsil-press.az