Bakıda sərxoş sürücü küçənin ortasında yatdı – (Video izlə)

Bakıda sərxoş sürücü küçənin ortasında yatdı – (Video izlə) Hadisə Bakı-Qazax yolunun 6-cı kilometrliyində, yəni Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib. “Mercedes” markalı avtomobilin qarşısında 1 nəfər yerə uzanmış vəziyyətdə olub.

İlk baxışdan bu sürət həddi 110 km saat olan yolda piyadanın vurulmasına bənzəyib. Lakin vəziyyət göründüyündən daha fərqli olub. Avtomobilin işlək vəziyyətdə olsa da, içərisində sürücü olmayıb. Özünə yatmaq üçün yumşaq yatağı deyil asfaltın üzərini seçən şəxsi oyatmaq o qədər də asan olmayıb. Məlum olub ki, yerdə yatan şəxs maşının sürücüsü olub.
Çəkiliş qrupu sürücüyə kömək etmək istəsə də, o əlbəyaxa çıxmağa çalışıb. Sərxoş sürücü kortəbii olaraq avtomobili idarə etməyə çalışıb. lakin buna imkan verilməyib və əraziyə dərhal polis çağırılıb.
Yol patrul xidmətinin əməkdaşlarınıın köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilib – Şərif Nuriyev. Polisin ilkin müayinəsi zamanı sürücünün sərxoş olduğu ortaya çıxıb. Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün məntəqəyə, maşını isə cərimə meydançasına aparılıb.




Tehsil-press.az

Oxşar xəbərlər