Sumqayıtda ağır avtoqəza, ölən var

Sumqayıtda ağır avtoqəza, ölən var Piyadanı vurub hadisə yerindən qaçmış sürücünün axtarışı davam edir.

Naməlum avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti artıq dəqiqləşib. Fəyyar İlyasovun verdiyi məlumata görə, bu Sumqayıtın Şirvan yaşayış massivində yaşayan, 79 yaşlı Əlişirin Xudaşirin oğlu Qasımovdur. Onu vurub hadisə yerindən qaçmış sürücünün axtarışı davam edir.
Axşam saat 20:00 radələrində Bakı-Quba yolunun 44 kilometrliyində,Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Tehsil-press.az-n məlumatına görə, naməlum avtomaşınla piyada vurulub və o aldığı xəsarətdən yerindəcə keçinib. Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi Idairəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəyyar İlyasov hazırda piyadanın ölümünə səbəb olan avtomobilin sürücüsünün tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini qeyd edib.
Həmçinin dünyasını dəyişmiş piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


Həvəskar çəkiliş: Rəşad Ağaşirinov

Keçən il avqust ayında Bakı - Quba maqistral yonunun 46-cı kilometrliyində, Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində dəhşətli qəza baş verib. Azərbaycanda toydan qayıdan ailə yasa düşüb. Hacı Zeynalabidin Tağıyev qəsəbəsi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanılıb.

tehsil-press.az

Oxşar xəbərlər