Bakıda daha bir sərxoş qadın sürücü polisi təhqir etdi

Bakıda daha bir sərxoş qadın sürücü polisi təhqir etdi Gecə Bakının Səbail rayonu, Neftçilər prospektində yol hərəkəti qaydalarını kobud surətdə pozan xanım sürücü yol patrul xidmətinin əməkdaşlarına çətin anlar yaşadıb.

ANS TV xəbər verir ki, yol polisinin "Saxla!" əmrinə tabe olan sürücü ilk olaraq avtomobildən düşmək istəməyib. Daha sonra sərxoşluğunun müəyyən edilməsi üçün məntəqəyə aparılmağa razılıq verən xanım burada, nədənsə, polis əməkdaşlarını təhqir edərək fikrini dəyişdirib.
Yanında ailəsi və azyaşlı övladları olan və sərxoş halda sükan arxasına əyləşən xanım sürücü həkim müayinəsindən imtina edib. Qaçaraq ərazidən uzaqlaşmağa çalışan sərxoş xanım telekanal əməkdaşının suallarını da cavabsız qoyub. Qadın qaçarkən onun yanında əvvəl sərnişin kimi əyləşən orta yaşlı bir kişi isə avtomobili ərazidən qaçırmaq istəyib. Lakin Yol Patrul Xidmətinin əməkdaşları ona mane olublar.
Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanılan xanım sürücünün ad və soyadının Vüsalə Hətəmova olduğu məlum olub. Müayinədən keçməməsinə baxmayaraq, onun inzibati məsuliyyətə cəlb ediləcəyi bildirilib. Bir neçə dəqiqədən sonra avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb.Qeyd edək ki, analoji hadisə Bakıda ilk dəfə baş vermir.



tehsil-press.az

Oxşar xəbərlər