Masallıda maşın velosipedçini vurub

Masallıda maşın velosipedçini vurub Masallıda avtomaşın velosipedçini vuraraq ağır bədən xəsarətləri yetirib. Hadisə Lənkəran-Boradigah yolunun Masallı rayonu ərazisində qeydə alınıb.

VAZ-2106 markalı 44-BF-592 qeydiyyat nişanlı avtomaşının 51 yaşlı sürücüsü, Lənkəran rayonu Separadı kənd sakini Məhərrəmov Siyasət Məhərrəm oğlu yolda hərəkət edən piyadanı vurub. Sürücü zərərçəkəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yaralının Lənkəran rayonu 45 yaşlı Zövlə kənd sakini Əliyev İlkin Mirzəhüseyn oğlu olduğu müəyyənləşdirilib.Sürücü velosipedçinin qəfildən onun yoluna çıxdığını söyləyib.Faktla bağlı Masallı rayon polisi tərəfindən araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər