15 yaşlı Lənkəran sakini bıçaqlandı

15 yaşlı Lənkəran sakini bıçaqlandı Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında Xəzər dənizinin sahilində qeydə alınıb.

15 yaşlı Lənkəran şəhər sakini Yunus Elşad oğlu Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb. Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.


Tehsil-press.az

Oxşar xəbərlər