Bakıda oğlan sevdiyi qıza silah çəkdi

Bakıda oğlan sevdiyi qıza silah çəkdi İndi onu iki ilədək həbs cəzası gözləyir.

Bakıda qadını öldürəcəyi ilə hədələyən şəxs tutulub. Hadisə Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən tehsil-press.az-a verilən məlumata görə, mayın 13-də Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci polis bölməsinə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.
Yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmixan Əliyev saxlanılıb və ondan hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.
"İsmixan Əliyev qıza qarşılıq verdmədiyi təqdirdə onu öldürəcəyini deyib".
Polis bölməsindən onu da bildirdilər ki, hadisəyə səbəb gəncin Şəfa Əkbərovanı sevməsi olub. Gənc əli silahlı mağazaya gəldikdə qadına onu sevdiyini, qarşılıq verdmədiyi təqdirdə onu öldürəcəyini deyib.
Artıq saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır. İndi sevgisinə cavab ala bilməyən gənci iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bakıda bənzər hadisə təxminən 1 il əvvəl də yaşanıb. Nizami rayonunun Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov tərəfindən öldürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər