Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.
Tehsil-press.az
















