Üzük dünyanın ən bahalı üzüyü olaraq tarixə keçib.
Dünyanın ən bahalı mavi almazı satılıb. Tehsil-press.az-ın məlumatına görə, dünyanın ən nadir almazı olan 14.62 karatlıq "Oppenheimer" mavi almazı 57.5 milyon dollara satılıb və onu bərkidildiyi üzük dünyanın ən bahalı üzüyü kimi tarixə düşüb.
Üzüyün satışı dünyaca məşhur Kristi muzeyi tərəfindən İsveçrənin Cenevrə şəhərində təşkil edilən hərracda baş tutub. İlkin olaraq 3 milyon dollara təklif edilən mavi almaz adının açıqlanmasını istəməyən şəxs tərəfindən 57.5 milyon dollara alınıb.
Ötən gün isə "Qeyri-adi çəhrayı" (Unique Pink) adlı nadir brilyant daş 31.5 milyon ABŞ dollarına satılıb. Ümumi çəkisi 15.38 karat olan qiymətli daş planetin ən böyük çəhrayı brilyantdır.
İsveçrənin məşhur"Sotheby's" hərrac evində nadir armud formalı brilyant daş satılıb. Brilyant daş üzük qaşı formasında dizayn edilib. Mütəxəssislər onun qiymətini 28-38 milyon dollar aralığında qiymətləndiriblər.
Brilyant üzük hərrac zamanı 31.5 milyon dollara satılıb. Alıcının kim olduğu barədə məlumat gizli saxlanılır. "Qeyri-adi çəhrayı"nın çəkisi 15.38 karatdır. Brilyant planetdəki ən böyük çəhrayı rəngli daşlarından hesab olunur.
Bundan da böyük brilyant 2010-cu ildə 46.6 milyon dollara satılıb.
Tehsil-press.az