Bunu keçmiş AHİK əməkdaşı məlumat verib.
Keçmiş AHİK-in işçisi deyib ki, ən azından ixtisar verərdilər, o da gedib DOST xidmətinə müraciət edərdi.
"Mən özümdə AHİK-da işləmişəm. 23 il orda iş stajım var. Neçə illərdir orda işləmişik. Bizdə bu cür aldatdılar və işdən çıxardılar. Mən pensiya yaşına çatmamışam, tək qadınam, heç bir yerdən gəlirim yoxdur. Dedilər bu gün xitam verilir, sizi işə götürəcəyik. Köhnə işçilərdənəm məndə. Deməli, mənim həmkarlarıma və digər işçilərə- xitam verdilər bu gün. Dedilər ki, sabah işə götürəcəyik. Sonra dedilər ki, siz gedin oturun gözləyin. Belə-belə saxladılar və işdən azad elədilər".
Onun sözlərinə görə 50 yaşdan sonra işə götürmürlər. Buna görə də işsiz qalıb.
"Mənim əsas şikayətim budur ki, ixtisarsız çıxardılar. Heç olmasa ixtisar verərdilər, mən gedib DOST xidmətində növbəyə durardım. Heç olmasa iş tapana kimi məndə pul alardım. Amma bunların heç biri olmadı. Necə deyərlər üzümüzə gülə-gülə bizi işdən çıxardılar. İndi oturmuşam xəstə adam, heç nə edə bilmirəm. Kreditsiz insan yoxdur, kreditim var. Əlim hər yerdən üzülüb. Hara gedirsən 50 yaşdan sonra işə götürmürlər. İllərlə orada işləmişəm. Hansısa şikayətləri olduqda rəhbərliyə deməyə icazə verilmirdi.”
Qeyd edək ki, Nigar Vahabzadə sabiq gömrük generalı Mirqasım Vahabovun qızıdır. Keçmiş əməkdaş, bildirib ki, şikayət etməyə hazırlaşanda onlara deyilirdi ki, Nigar Vahabzadə icazə vermir.
O vurğulayıb ki, 2024-cü ilin avqust ayından Səttar Mehbalıyev çıxandan sonra Sahib müəllim həmin vəzifəni icra edib. O şəxsin məlumatlı olduğunu dəqiq demək olmaz. Ona şikayət etmək istəyəndə də qoymurlar.
“ Nigar Vahabzadə gəlir, nə lazım olsa o edir. Biz bir söz deyəndə deyirlər ki, Nigar xanım icazə vermir, qoymur, məsləhət bilmir, bu adamı istəmir. Ancaq o xanımın adını hallandırırlar. Mən o xanımı bir dəfə görmüşəm, elə pis görmədim. Ancaq bir şey deyilən kimi Nigar xanım icazə vermir deyirlər.”
Keçmiş əməkdaş bildirib ki, Prezident aparatına və ya AHİK-in özünə şikayət edənlər işlə təmin olundu. Ancaq ona heç bir tədbir görülmədi.
"Qaldı ki, Sahib müəllimə, onun işçilərinin hamısı gəlir. Yenə deyirəm onun xəbəri var mı, yoxmu bilmirəm. Onlar istədiyi kimi camaatı işdən çıxarırlar. Çıxaranda da bu yaramır bunu çıxarın deyib çıxarırlar. Söhbət yaramaqdan getmir ki, çıxarırsınız düzgün çıxarın. Mən illərdi işləmişəm, ixtisarımı verin heç olmasa. Mən nə etməliyəm? Tək deyiləm ki, nə qədər adam var. Onlar, aşağı vəzifə və ya aşağı maaş olsa da işlə təmin olundular. Amma bizə olmadı".
Həmçinin, bəzən işçilər axşam 11-də evə gedib çatırdılar.
"Bizi aldatdılar. 6-nın yarısından gəlirdilər AHİK-dən tez olun bu sənədi verin, tez olun bu həll olunmalıdır. saat 8-9-a kimi saxlayırdılar. Elə olurdu ki, biz evə saat 11-də gəlib çıxırdıq. Bizi işdən sonra da saxlayırdılar. Saat 10-a kimi qalırdıq. Amma indi oturublar öz işlərində, heç nə etmirlər. Ancaq qəşəng maaş alırlar. Yəni, bu boyda stressin, əziyyətin qarşısında bizə belə hörmət olundu. Mən də bilmirəm kimə müraciət edim, istəyərəm yazım. Yazacam da. Amma görürəm ki, alınmır. Nə qədər evdə oturum, nə qədər bacım, qardaşım mənə pul gətirsin? Belə olmur axı". -deyə, o açıqlayıb.
Keçmiş əməkdaşın fikirlərinə görə onlara deyirdilər ki, iş yoxdur, çatdırmaq olmur, pul vəsaiti yoxdur. Ancaq görünən o idi ki, neçə adamı işə götürüblər. Təzə işçilər yığıblar. Öz adamları və ya yeni işçilər olduğu tam məlum deyil. Gələnlərin hamısına yüksək maaşla iş verilib. Amma köhnə əməkdaşlara yer olmadı.
Tehsil-press.az