Hadisə Las-Veqas beynəlxalq hava limanında qeydə alınıb.
ABŞ Miqrasiya Xidmətinin əməkdaşları Leymin vizasının müddətinin bitdiyini aşkar etdikdən sonra onu saxlayıblar. Lakin həmin gün onun azadlığa buraxıldığı və daha sonra könüllü şəkildə ölkəni tərk etdiyi bildirilir.
Qeyd edək ki, 162 milyondan çox izləyicisi ilə TikTok-un ən çox abunəçiyə sahib simalarından olan Xabi Leym eyni zamanda UNICEF-in xoşməramlı səfiridir.
Tehsil-press.az