Tərtərdə 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub

Tərtərdə 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub Tərtər rayonunda 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsində 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik Top mərmisi aşkar olunub (OF56) və nəticə etibarı ilə 9 000 kv.m. ərazi yoxlanılıb.

Əskipara kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik Top mərmisi (OF56) aşkar edilib və nəticə etibarı ilə 5 700 kv.m ərazi yoxlanılıb.

Səhləbad kəndi - 1 ev və həyatyanı sahəyə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Hacılar kəndi - 2 ev və həyətyanı sahə və 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd raketin partlamış qalıqları aşkar edilib və nəticə etibarı ilə 621 kv. m ərazi yoxlanılıb.

22 May tarixində 7 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 2 otlaq sahəsində 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi və gün ərzində 32 321 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 22 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 509 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 451 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər