ANAMA daha 30 PHS aşkar edib

ANAMA daha 30 PHS aşkar edib Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında 12 ev, 30 partlayış yeri, 3 əkin sahəsi və 32 535 kv.m ərazini yoxlayıb. Bu barədə virtualaz.org-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Tərtər rayonu
Qaradağlı kəndi – 3 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 7 500 kv.m. ərazi yoxlanılıb.
Qapanlı kəndi – 4 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib, 7 partlamış sursat aşkar edilib və 13 200 kv.m. ərazi yoxlanıb.
Cəmi: 7 ev və həyətyanı sahə, 11 partlayış yeri və 20 700 kv.m. ərazi yoxlanıb.

Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 5 ev və həyətyanı sahələrdə 9 partlayış yerinə baxış keçirilib, 9 partlamış sursat aşkar edilib və nəticə etibarilə 890 kv.m ərazi yoxlanıb.
Cəmi: 5 ev və həyətyanı sahə, 9 partlayış yeri və 890 kv.m ərazi yoxlanıb.

Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 7 partlayış yerinə baxış keçirilib, 7 partlamış sursat aşkar edilib və 1 445 kv.m ərazi yoxlanıb.
Cəmi: 7 partlayış yeri və 1 445 kv.m ərazi yoxlanıb.

Ağdam rayonu

Ballar kəndi – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 4 500 kv.m ərazi yoxlanıb.
Baharlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış sursat aşkar edilib və 5 000 kv.m ərazi yoxlanıb.
Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri və 9 500 kv.m ərazi yoxlanıb.
Ümumilikdə Agentlik tərəfindən 7-20 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 300 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

tehsil-press.az

Oxşar xəbərlər