İran müharibəni dayandırmaq üçün bu dövlətlərdən kömək istəyib - SİYAHI

İran müharibəni dayandırmaq üçün bu dövlətlərdən kömək istəyib - SİYAHI “İran İslam Respublikası aldığı zərbələrdən toparlanmaq üçün mümkün qədər tez atəşkəs əldə etməyə çalışır və vasitəçilik üçün dövlət başçılarına müraciət edir”.

Bu barədə İsrailin “israelhayom” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, İran Prezidenti Məsud Pezeşkian və XİN rəhbəri Abbas Araqçı Qətər, Oman və Kiprə müraciətlər edib. Bu məsələ ilə bağlı geniş diplomatik kampaniya aparırlar.

İsrail nəşrinin yazdığına görə, Prezident Pezeşkian və Araqçı ərəb ölkələri, Avropa və Rusiyaya müraciətləri əhatə edən geniş diplomatik kampaniya aparır, eyni zamanda müharibənin davam etməsinə yalnız ABŞ lideri Trampın mane olacağı açıq şəkildə bildirilir.

Hətta Putinlə Trampın dünənki söhbətində məsələ Rusiya prezidenti tərəfindən də gündəmə gətirilib. Görünür bu, İranın istəyi ilə baş verib. Tramp İsrail və İran arasında müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı ümumi bəyanat səsləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər