Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi

Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın Bakıda başına iş gəlib.

Səhhətində ciddi problem yaşayan ifaçının qəfildən halı pisləşib. O təcili xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin diaqnozuna görə, Sevincin arterial təzyiqi kəskin minimuma enib. Onun səhhətinin yaxşılaşması üçün dərhal tibbi müdaxilə edilib.

Məlumata görə, müğənninin səhhəti düzəlməyə doğru gedir.



Tehsil-press.az

Oxşar xəbərlər