
Bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə qulluqçuların yürüşləri başlayıb.
Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Yürüşlər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
- Şəhidlər xiyabanı - "Alov Qüllələri" kompleksi - metronun "İçərişəhər" stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;
- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
- Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - "28 Mall" Ticarət Mərkəzi üzrə təşkil edilir.
Tehsil-press.az