
Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bərdə rayon sakini Elvin Cahid oğlu Behbudov Bakıda kirayə qaldığı mənzildə birlikdə yaşadığı həmyerlisi, 1984-cü il təvəllüdlü Mətləb Murğuz oğlu Bayramovu bıçaqlayıb.
M.Bayramov aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən Elvin Behbudov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az