Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ADA Universiteti ilə birgə 17 May- Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirdiyi "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırma mərasimində Bakı Ali Neft Məktəbinin tələbələri təltif olunublar.
Tədbirdə dövlət rəsmiləri, ali təhsil ocaqlarının rektorları, nümayəndələri və tələbələri iştirak ediblər. Nəticələrə əsasən, Qafqaz Universitetinin komandası 1-ci, Bakı Ali Neft Məktəbinin komandası 2-ci, eyni xal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları 3-cü yer, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin komandaları isə 4-cü yeri tutublar.
Bakı Ali Neft Məktəbinin komandasını təşkil edən Ali Məktəbin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 2-ci kursda təhsil alan tələbələri Məmmədli Rəhim, Mohayəddin Burhan və Qarazadə Rəmziyyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərmanlar, diplomlarla və "HP", "Azerfon" və "Caspian Telekom" şirkətləri tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
Qeyd edək ki, "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nda Bakı şəhərində yerləşən universitetlərlə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən Naxçıvan, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət, ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda olimpiadada iştirak edib.
Olimpiada mövcud qaydalara əsasən iki mərhələdə keçirilib. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

BANM-nin Mətbuat Şöbəsi