“Yaşıl həyat tərzi” naminə keçirilən iməcilikdə AzTU-nu tələbələri də iştirak edib

“Yaşıl həyat tərzi” naminə keçirilən iməcilikdə AzTU-nu tələbələri də iştirak edib Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Yasamal rayonunda idarə, müəssisə və təşkilatların iştirakı ilə Bakı Dairəvi yolun kənarlarında ağac əkilməsi və yaşıllaşdırma tədbiri – ümumrayon iməciliyi keçirilib. İməcilikdə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri də iştirak edib.
Ümumilikdə 3500 nəfərin iştirak etdiyi iməcilikdə 1400 dekorativ ağac və bəzək kolu əkilib. Ağacların bir qismi nadir ağac növləri olmaqla xarici ölkələrdən gətirilib, bir qismi isə yerli şəraitə uyğun, ənənəvi ağac növləridir. İməcilikdə, həmçinin, əkilən ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib.
Aksiyada Azərbaycan Texniki Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci, 1 saylı Bakı Tibb Kolleci, 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələri də iştirak edib.

Mətbuat və informasiya şöbəsi


“Yaşıl həyat tərzi” naminə keçirilən iməcilikdə AzTU-nu tələbələri də iştirak edib

Oxşar xəbərlər