Əliqismət Lalayevin adı "Elizabeth" yazıldı - Universitet onlardan üzr istədi - FOTO

Əliqismət Lalayevin adı Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevin adı Mədəniyyət və İncəsənət Universitetinin saytında qeyri-adi formada yazılıb.

Saytda tanınmış mədəniyyət və incəsənət xadimlərinin ali təhsil müəssisəsi haqqında fikirlərinə yer verilib.

İngilis dilinə keçid etdikdə sənətçilərin adı təhrif olunmuş formada göstərilir.

Belə ki, F.Mütəllimovanın adı “Pharaoh Mullimova”, Ə.Lalayevin adı isə “Elizabeth Lalayev “kimi qeyd edilib.

İncəsənət xadimlərinin adının yazılışında yanlışlığa yol verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

***

Müzairələrə səbəb olan yanlışlıqdan sonra Mədəniyyət və İncəsənət Universitetinin saytından İngilis dili bölməsi yığışdırılıb.

ADMİU-dan bildirilib ki, yanlışlıq saytdakı texniki problemlə bağlı olub və hazırda yenilənmə aparılır.

Həmçinin qeyd edilib ki, ali təhsil müəssisəsi bununla bağlı yaxın dəqiqələrdə açıqlama verəcək.

***

ADMİU incəsənət xadimlərinin adlarının saytın ingilis dili versiyasında yanlış tərcümə olunmasına görə üzr istəyib.

Universitetdən verilən məlumatda deyilir:

"Xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə süni intellekt əsaslı "DeepL Translate" modulu inteqrasiya edilmişdir. Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun — xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.

Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.

Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik!"

Tehsil-press.az

Oxşar xəbərlər