
Absurd dramaturgiyanın parlaq nümayəndəsi Samuel Bekketin eyniadlı əsəri əsasında hazırlanan tamaşada dram rejissoru ixtisası üzrə təhsil alan IV kurs tələbələri Mir Qabil Əkbərov, Ümid Abbas, Əlisahib Cəlilov və Pərvin Dadaşova müvafiq olaraq Vladimir, Estraqon, Poçço, Lakki rollarında çıxış ediblər. Kursun rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Tamaşadan sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, dram rejissoru kafedrasının müdiri, dosent Sevda Teymurova, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.
ADMİU-nun Mətbuat Xidməti