Murad Arifdən Vaşinqton görüşünə dair: Adam ya anlamır, ya da ki yanır

Murad Arifdən Vaşinqton görüşünə dair: Adam ya anlamır, ya da ki yanır "Ağlı başında olan hər kəs bilir ki, bugünkü dünyada, “böyük güclərlə” əməkdaşlıqlar, yollar, tranzitlər, təkliflər, vədlər, qarantiyalar yaratmadan mövcud ola bilməzsən".

Bu sözləri müğənni Murad Arif sosial şəbəkə hesabında yazıb.

O, Azərbaycan Prezidenti İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın Vaşinqtondakı görüşü və sülh sazişi haqqında təəssüratlarını bölüşüb:

“Ümumiləşdirmək istəməzdim, amma bu hadisəyə kölgə salanlar ya dünyadan bixəbərdir, ya da “qonşu barmağını” üstün tutanlar. Ağlı başında olan hər kəs bilir ki, bugünkü dünyada, “böyük güclərlə” əməkdaşlıqlar, yollar, tranzitlər, təkliflər, vədlər, qarantiyalar yaratmadan mövcud ola bilməzsən. Hələ-hələ Qafqaz kimi aktiv bölgədə. Odur ki, “inanmıram”, “gözüm su içmir”, “ABŞ-a satıldıq” deyənlərlə söhbəti qısa edin. Adam ya anlamır, ya da ki yanır. Öncə ərazi bütövlüyümüzü, ardınca da sülhü qazanan Cənab Prezidentimizə isə, fəxarətlə təşəkkür edirik! Şəhidlərimizə rəhmət. Yaşasın və əbədi olsun SÜLH!”

Tehsil-press.az

Oxşar xəbərlər