İlqar Məmmədov qətlə yetirildi

İlqar Məmmədov qətlə yetirildi Bakıda qətl hadisəsi baş verib.

Hadisə fevralın 21-də Şüvəlan qəsəbəsinin ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü İqor Lisenko münaqişə zəminində həmyerlisi, 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqla öldürüb.

İ. Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər