Bakıda qohumlar arasında kütləvi dava

Bakıda qohumlar arasında kütləvi dava Paytaxtda kütləvi dava olub.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Tural Fərəcullazadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub. Həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun qardaşları Ağamehdi və Raminlə birgə dayısı Naib Vəliyevin yaşadığı evə gələrək münaqişə etmələri, səs-küyə gəlmiş qonşuluqda yaşayan digər qohumları Sahib Əliyevin və qardaşı Rzanın münaqişəyə müdaxilə edərək bir-birilərinə xəsarət yetirmələri, bu zaman Rzanın Tural Fərəcullazadəyə bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Hadisənin digər iştirakçıları yaxalanaraq məsuliyyətə cəlb olunublar.


Tehsil-press.az

Oxşar xəbərlər