
Sənətçi çətin uşaqlıq illəri keçirdiyini vurğulayıb.
“Birisi “90lar başqa idi” deyəndə yadıma altı deşik ayaqqabılarım düşür…
Xatırlayıram ki, ayaqqabılarımın altı hər zaman yırtılırdı. Yenisini almağa imkan olmurdu… O ayaqqabılar zatən xalam uşaqlarının köhnəsiydi, bəlkə də ona görə ömrü qısa idi.
Evdə atamla “lifehack” fikirləşmişdik. Ayaqqabının içinə kardon, ya da linoleum kəsib sərərdim..
Mamamın toxuduğu yun corabların üstündən sellofan torba da geyinirdim. Yenə də su keçirir, ayaqlarım donurdu. Həm də necə narahat idi, İlahi)
İllərlə məktəbə beləcə ayaq döymüşəm. O vaxtdan soyuğu, qışı heç sevmirəm. Hava dəyişən kimi ayaqlarım hələ də üşüyür…”, - deyə sənətçi qeyd edib.
Tehsil-press.az