Damarları tıxananlar bu qidalardan imtina etsin!

Damarları tıxananlar bu qidalardan imtina etsin! Aterosklerozun müalicəsi pəhrizə ciddi yanaşma tələb edir. Ateroskleroz diaqnozu qoyulmuş xəstələr doymuş yağlar, trans yağlar, şəkər və duzla zəngin qidaları pəhrizlərindən çıxarmalıdırlar.

Kardioloq İrina Polyayeva gündəlik ən azı 30 dəqiqəlik kardio məşqləri etməyi, siqaretdən tamamilə imtina etməyi və spirtli içki qəbulunu azaltmağı tövsiyə edib. Ürək-damar hadisələri riski yüksək olduqda, statinlər təyin olunur.

Pəhriz tərəvəz, meyvə, tam taxıl, yağsız protein mənbələri, eləcə də omeqa-3 yağ turşuları ilə zəngin qoz-fındıq və toxumlarla zənginləşdirilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər