Kolumbiya Venesuela sərhədi yaxınlığında zərbələr endirdi

Kolumbiya Venesuela sərhədi yaxınlığında zərbələr endirdi Kolumbiya narkotik ticarəti ilə məşğul olan qruplaşmanın düşərgəsinə aviazərbələr endirib.

Düşərgə Venesuela sərhədi yaxınlığında yerləşib.

Zərbələr nəticəsində qruplaşmanın 9 silahlısının öldürüldüyü bildirilir.

Məlumata görə, Kolumbiyanın Arauka departamentində əməliyyat ölkə Prezidenti Qustavo Petronun narkotik maddə ticarətçilərinə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər