"Rəqsanənin borcunun 100 minini Aysun ödəyib"

Xəbər verdiyimiz kimi, dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Sənətçinin borcunun bir qismi ödənilib. Bu haqda aparıcı Tarix Əliyev "Tarixin bir günü" proqramında deyib.

O bildirib ki, Rəqsanənin borcunun 100 min manatını qızı Aysun İsmayılova ödəyib.

Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.

Tehsil-press.az

Oxşar xəbərlər