Təlim zamanı iştirakçılara “yaşıl düşüncə”nin formalaşdırılması, ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə edilməsi və təkrar emal proseslərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin “Təmiz Şəhər” ASC-nin təşəbbüsü və tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilən “Card to Art” sosial–ekoloji layihəsinə Bakı Dövlət Universitetinin də qoşulduğu elan edilib. Bununla əlaqədar plastik kartların toplanması üçün xüsusi qutular universitetin tədris binalarına yerləşdirilib.
Qeyd edilib ki, layihə çərçivəsində toplanan plastik kartlar yaradıcı şəxslərə təqdim olunacaq və onların işi nəticəsində müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanan əsərlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyində təşkil olunacaq “Card to Art” sərgisində nümayiş etdiriləcək.
Tehsil-press.az






