ADA Universiteti “Təmiz ölkəm” ekoloji layihəsinin yeni mərhələsinə başlayıb

ADA Universiteti “Təmiz ölkəm” ekoloji layihəsinin yeni mərhələsinə başlayıb ADA Universiteti “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, ADA Universitetinin Fondu, “AzEkol” MMC və “Gənclik Mall”un dəstəyi ilə “Təmiz ölkəm” ekoloji layihəsinin yeni mərhələsinə başlayıb.
Layihənin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasını, plastik butulkaların toplanaraq və çeşidlənərək təkrar emala göndərilməsini və beləliklə, ölkəmizdə təkrar emal ənənəsini təbliğ etməkdir. Bu istiqamətdə Bakı ərazisində plastik butulkaların toplanması üçün xüsusi konteynerlər yerləşdiriləcək.
İlkin mərhələdə artıq “Gənclik Mall”da bilavasitə plastik butulkalar üçün nəzərdə tutulmuş 2 ədəd zibil qutusu yerləşdirilib. Həmin qutuların müəyyən edilmiş nöqtələrdən toplanaraq təkrar emala göndərilməsi “AzEkol” tərəfindən həyata keçiriləcək.
Layihə çərçivəsində ADA Universitetinin tələbələri və “ASAN Könüllüləri”nin birgə iştirakı ilə ictimaiyyəti təkrar emala təşviq etmək məqsədilə Novruz bayramı ərəfəsində bir sıra tədbirlər həyata keçiriləcək. Hazırkı mərhələdə layihənin icrası yalnız Bakı ərazisində nəzərdə tutulsa da, növbəti mərhələdə layihə regionlarda da icra ediləcək.
Qeyd edək ki, ADA Universitetinin Fondu “Təmiz ölkəm” layihəsinin icrasına 2019-cu ildən başlayıb. Layihə müddəti ərzində paytaxtın ən sıx nöqtələrində, eyni zamanda, yaşayış ərazilərində plastik butulkalar üçün nəzərdə tutulmuş xüsusi zibil qutuları yerləşdirilib.
Layihə ilə bağlı yenilikləri “Təmiz ölkəm”in sosial media səhifələrindən əldə etmək mümkündür.

Tehsil-press.az


[img=left][/img]

Oxşar xəbərlər