Tələbələr “Təmiz Şəhər” ASC-nin zavodunda təcrübə keçiblər

Tələbələr “Təmiz Şəhər” ASC-nin zavodunda təcrübə keçiblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində ekologiya ixtisası üzrə təhsil alan bir qrup III kurs tələbəsi “Təmiz Şəhər” ASC-nin Balaxanı qəsəbəsindəki Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna ekskursiya edib.
ASC ilə imzalanmış fəaliyyət planına əsasən tələbələr zavodda “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi” mövzusunda təcrübə keçiblər.
Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərovun rəhbərliyi ilə reallaşan ekskursiyada əvvəlcə təlimat və məlumat auditoriyasında tələbələr üçün zavodun yaradılmasını, fəaliyyət istiqamətini əks etdirən videoçarx nümayiş olunub. Sonra tələbələr tullantıların çeşidlənməsi, yandırılması üçün nəzərdə tutulmuş əməliyyat otağında olublar. Onlar burada tullantıların bütün mərhələlər üzrə idarə olunması prosesini izləyiblər.
“Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev tələbələrə zavodun iş prinsipi haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər