
Ziyarət zamanı ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib. O, tullantıların idarə olunması, düzgün şəkildə ayrılmasının əhəmiyyətindən və bu sahədə gənclər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyindən bəhs edib. Tullantıların ayrılması zamanı tapılan diqqətçəkici əşyalar nümayiş olunub, bu əşyaların sahiblərinə qaytarılması ilə bağlı maraqlı faktlar səsləndirilib.
Səfər çərçivəsində tələbələr Balaxanı Sənaye Parkını da ziyarət ediblər. Onlara sənaye parkının tarixi, fəaliyyəti və burada yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun idarəetmə prosesi haqqında məlumat verilib.
Tələbələr sonda plastik qəlibləmə, çap-kəsim, sürtkü yağı istehsalı və təkrar emal sahələri ilə də yaxından tanış olublar. Bu sahələrdə tətbiq olunan texnologiyalar, xammalın istehsalı prosesi barədə ətraflı məlumat təqdim edilib.
Tehsil-press.az