Məzuniyyətə çıxan işçinin maaşı necə ödəniləcək?- YENİ QAYDA

Məzuniyyətə çıxan işçinin maaşı necə ödəniləcək?- YENİ QAYDA Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək.

Bu, Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər