ADY maliyyə vəziyyətini açıqladı

ADY maliyyə vəziyyətini açıqladı Bu il yanvarın 1-nə Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.

Bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

Tehsil-press.az

Oxşar xəbərlər