Azərbaycan atları Afrika xəstəliyindən azaddır – RƏSMİ

Azərbaycan atları Afrika xəstəliyindən azaddır – RƏSMİ Azərbaycan atlarının Afrika xəstəliyindən azad ölkə statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, atların Afrika xəstəliyi üzrə AQTA-nın gördüyü işlər yüksək qiymətləndirilib.

Belə ki, cari il ərzində atların Afrika xəstəliyi üzrə monitorinqlər keçirilib və nəzarət tədbirləri görülüb. Tələb olunan zəruri məlumatlar əsasında müvafiq hesabatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim edilib.

Görülən işlər nəticəsində 2025-ci il üzrə Azərbaycanın atların Afrika xəstəliyindən mövcud olan azad ölkə statusu 2026-cı ilin sonunda növbəti hesabat təqdim edilənə qədər ÜHST tərəfindən təsdiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər